Menyu

Nərimanova mağazaların birindən oğurluğa cəhd edən iki nəfər saxlanılıb

Nərmin Qocamanlı
Nərimanova mağazaların birindən oğurluğa cəhd edən iki nəfər saxlanılıb

Aprelin 17-də saat 04.13-də Nərimanov rayonu ərazisində yerləşən, xüsusi texniki vasitələrlə qorunan  mağazaların birindən Nərimanov Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən 2 nəfər saxlanılıb. Onların Gəncə şəhər sakinləri Mixail Mirasliçenko və Ruslan Mirasliçenko olmaları məlum olub. 

Hər iki şəxs araşdırma aparılması üçün Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə təhvil verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər