Nərimanova mağazaların birindən oğurluğa cəhd edən iki nəfər saxlanılıb
Nərmin Qocamanlı
Aprelin 17-də saat 04.13-də Nərimanov rayonu ərazisində yerləşən, xüsusi texniki vasitələrlə qorunan mağazaların birindən Nərimanov Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən 2 nəfər saxlanılıb. Onların Gəncə şəhər sakinləri Mixail Mirasliçenko və Ruslan Mirasliçenko olmaları məlum olub.
Hər iki şəxs araşdırma aparılması üçün Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə təhvil verilib.
Teqlər:
"Nərimanova mağazaların birindən oğurluğa cəhd edən iki nəfər saxlanılıb"