Menyu

Taksi sürücüsünü boğub öldürməyə cəhd edən şəxslər saxlanılıb

Redaksiya
Taksi sürücüsünü boğub öldürməyə cəhd edən şəxslər saxlanılıb

Aprelin 22-də saat 22 radələrində Yasamal rayonu ərazisində “Khazar” markalı bir avtomobildə  olan 2 sərnişinin sürücünü arxadan əllə boğmağa cəhd göstərmələri, bu zaman sürücünün avtomobili tərk etməsi və həmin şəxslərin nəqliyyat vasitəsini qaçırmaları barədə polisə məlumat daxil olub. 

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhəri ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağsu rayon sakini Vasif Mikayılov və Abşeron rayon sakini Bəymurad Ənvərli müəyyən olunaraq saxlanılıblar. 

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər