Prokurorluq sabiq bələdiyyə sədrinin bəraət hökmündən protest verib
Nərmin Qocamanlı
Prokurorluq sabiq bələdiyyə sədri Əhməd Hüseynovun bəraət hökmündən protest verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
"Səbail bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğluna bəraət verilməsi, eləcə də, ittiham olunduğu cinayət əməlinə tam qiymət verilməməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmündən Baş Prokurorluq tərəfindən apellyasiya protesti verilib", - məlumatda qeyd olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma