İsrail ordusu Qəzza zolağında HƏMAS-ın onlarla hədəfini vurub
İsrail ordusu 24 saat ərzində Qəzza zolağında HƏMAS hərəkatının onlarla hərbi obyektinə zərbələr endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail ordusundakı mənbələr məlumat yayıb.
"IDF döyüşçüləri Qəzza zolağında bəziləri çoxmərtəbəli binalarda yerləşən onlarla HƏMAS terror obyektinə zərbələr endiriblər. Gün ərzində terrorçuların onlarla tunel şaxtasına, silah mövqelərinə, qərargahlarına, hərbi mərkəzlərinə və məscidlərə zərbələr endirilib. HƏMAS terrorçuları bu tikililəri döyüş komanda məntəqələri kimi istifadə ediblər", - deyə məlumatda bildirilir.
"Dünən IDF İsraillə Qəzza zolağı arasında yerləşən təhlükəsizlik çəpərinə yaxınlaşan iki terrorçunu məhv edib", - mənbələr qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net