Menyu

Çinin müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldı

Çinin müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldı

Çinin müdafiə naziri Li Şanqfu vəzifəsindən azad olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Çin dövlət mediası məlumat yayıb.

Məlumata görə, onun vəzifəsindən azad olunmasının səbəbi göstərilməyib. Onun vəzifədən uzaqlaşdırılması qərarı Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi tərəfindən təsdiqlənib.

 

Li Şanqfu son aylarda vəzifəsindən kənarlaşdırılan ikinci nazirdir. İyul ayında Qin Qanq xarici işlər naziri postundan uzaqlaşdırılıb və onun yerinə Van İ təyin olunub. Qin Qanqın işdən çıxarılmasının səbəbi hələ də məlum deyil.

Qeyd edək ki, sentyabr ayında da Çin müdafiə naziri Li Şanqfunun postundan azad olunduğu və haqqında tədqiqat başladıldığı barədə məlumat yayılmışdı. O, sonuncu dəfə avqustun 29-da ictimaiyyət qarşısına çıxıb və o vaxtdan görünməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər