Çilidə yanğın zamanı 14 venesuelalı miqrant ölüb
Əziz Əzizli
Çilinin Koronel şəhərində gecəqonduda baş verən yanğın zamanı 8-i uşaq olmaqla azı 14 venesuelalı miqrant ölüb.
"Operativ Media" AFP-yə istinadən xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.
"İcmamızın 14 sakininin öldüyünü təəssüflə bildiririk. Yanğın nəticəsində səkkiz azyaşlı və altı böyük olmaqla üç ailə həlak olub", - cənub şəhər merinin müavini Xavyer Valensiya bildirib.
O, həmçinin əlavə edib ki, ölənlər əlverişsiz şəraitdə yaşayan Venesuela vətəndaşlarıdır.
Yanğının səbəbi barədə məlumat verilmir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net