Menyu

DSX həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırıldı

Nərmin Qocamanlı
DSX həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırıldı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər