Ucarda bıçaqlanma hadisəsi olub
Nərmin Qocamanlı
Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Operativ Media" xəbər verir ki, hadisə bu gün rayonda fəaliyyət göstərən dönərxanada baş verib.
Rayon sakini, 2006-cı il təvəllüdlü Rüfət Vahid oğlu Əliyev həmyaşıdı və həmyerlisi Əli Abbas oğlu İmanova ona nisyə dönər vermədiyi üçün bıçaqla xəsarət yetirib.
Yaralı təcili olaraq Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net