Menyu

Qəzzadan bir qrup yaralı uşaq Türkiyəyə gətirilib

Qəzzadan bir qrup yaralı uşaq Türkiyəyə gətirilib

Təcili müalicəyə ehtiyacı olan 3 yaralı uşaq Qəzzadan Türkiyəyə gətirilib. Təyyarəni Ankara hava limanında ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca qarşılayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir özü məlumat yayıb.

"Təcili müalicə üçün üç uşağı, 2 yaşlı oğlan, 9 və 10 yaşlı iki qız uşağını ölkəmizə gətirdik. Sabah isə digər xəstələr qrupunu gözləyirik", - nazir deyib.

Türkiyəli nazir həmçinin Qəzzada səhra xəstəxanasının yerləşdirilməsi ilə bağlı İsrail və Misirlə əlaqə saxladığını açıqlayıb: "Koordinasiya qrupu bu məsələni müzakirə etmək üçün Misirdədir. İndi xəstəxana üçün yer seçilir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər