Filippində universitetdə partlayış olub, ölən və yaralananlar var
Bazar günü səhər saatlarında Filippinin cənubundakı Mindanao adasında dövlət universitetinin idman zalında baş verən partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “Manila Times” məlumat yayıb.
Daha 10 yaralının olduğu bildirilir. Bundan əvvəl “Manila Bulletin” üç nəfərin öldüyü və yeddi nəfərin yaralandığı barədə məlumat vermişdi.
Filippin prezidenti kiçik Ferdinand Markos partlayışı qətiyyətlə pisləyib və bunun arxasında xarici terrorçuların olduğunu bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net