Menyu

Filippində universitetdə partlayış olub, ölən və yaralananlar var

Filippində universitetdə partlayış olub, ölən və yaralananlar var

Bazar günü səhər saatlarında Filippinin cənubundakı Mindanao adasında dövlət universitetinin idman zalında baş verən partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Manila Times” məlumat yayıb.

Daha 10 yaralının olduğu bildirilir. Bundan əvvəl “Manila Bulletin” üç nəfərin öldüyü və yeddi nəfərin yaralandığı barədə məlumat vermişdi.

Filippin prezidenti kiçik Ferdinand Markos partlayışı qətiyyətlə pisləyib və bunun arxasında xarici terrorçuların olduğunu bildirib.

Teqlər:

"Filippind\u0259 universitetd\u0259 partlay\u0131\u015f olub \u00f6l\u0259n v\u0259 yaralananlar var"

Əlaqəli Xəbərlər