Mərmərə dənizində zəlzələ olub
Əziz Əzizli
Mərmərə dənizində 4,1 maqnitudada zəlzələ olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin verilənlərindən məlum olub.
Bildirilib ki, yeraltı təkanların dərinliyi 11,18 km olub. Bakı vaxtı ilə 00:53-də qeydə alınmış təbiət hadisəsinin ocağı Türkiyənin Yalova şəhərinin Çınarcık rayonunda 8,52 km məsafədə yerləşib.
Sosial şəbəkədə yayılmış məlumata görə, seysmohadisə ölkənin ən iri şəhəri – İstanbulda da cüzi hiss olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net