Menyu

Moldovada referendum keçiriləcək

Moldovada referendum keçiriləcək

Moldova Prezidenti Maya Sandu 2024-cü ildə respublikanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı ümumxalq referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyini açıqlayıb.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

“Ən vacibi Moldovanın bütün ailələri və uşaqları üçün sülh və daha yaxşı gələcək təmin etməkdir. Yalnız Aİ-yə üzvlük bizim üçün belə bir gələcəyə təminat verə bilər. Mən parlamentdən xahiş edirəm gələn payızda vətəndaşların səsinin həlledici olacağı referendumun təşkilinə təşəbbüs göstərsin”, - Sandu bildirib.

Qeyd edək ki, dekabrın əvvəlində Avropa Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib. Üzvlük danışıqları ölkənin Aİ-yə qəbulu üçün konkret vaxt çərçivəsi təyin etmir, onlar istənilən müddət ərzində davam edə bilər. Məsələn, Türkiyənin qəbulu ilə bağlı danışıqlar 2005-ci ildə başlayıb və yaxın gələcəkdə onların başa çatması perspektivi yoxdur.

Sandu bildirib ki, Moldova 2030-cu ilə qədər Aİ-yə daxil olmaq üzrə danışıqları başa çatdırmağa hazırlaşır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər