Nikolayev vilayətində partlayış baş verib
Ukraynanın cənubunda, hava hücumu xəbərdarlığının qüvvədə olduğu Nikolayev vilayətində partlayış baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın "Zerkalo Nedeli" nəşri məlumat yayıb.
Bundan əvvəl Dnepropetrovsk, Kirovoqrad, Nikolaev, Poltava, Sumı, Xarkov və Çerkassı vilayətlərində havadan təhlükə ilə bağlı xəbərdarlıq edilmişdi.
Qeyd edək ki, Ukrayna hakimiyyəti və mediası ölkənin bir sıra şəhərlərində, o cümlədən Kiyev və Xarkovda silsilə partlayışların baş verdiyi barədə məlumat yayıb. Daha sonra Rusiya Müdafiə Nazirliyi Kiyev və onun ətraflarında hərbi müəssisələrə, eləcə də sursat anbarlarına hücumlar barədə məlumat verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net