Menyu

Putinin Türkiyəyə səfər proqramı açıqlanıb

Putinin Türkiyəyə səfər proqramı açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər proqramı açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “A-haber” telekanalının efirində bildirib.

O, qeyd edib ki, səfər çərçivəsində Rusiya-Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinin, xüsusilə qaz qovşağının yaradılması, “Akkuyu” AES-in tikintisi və taxıl dəhlizinin fəaliyyətinin bərpası kimi məsələlərin müzakirəsi planlaşdırılır.

"Prezidentlərimiz mütəmadi olaraq ünsiyyətdədir. Qarşıdan gələn səfər zamanı qaz, enerji sektorunda əməkdaşlıq, “Akkuyu” AES-in tikintisi, hər zaman gündəmdə olan taxıl dəhlizi, Ukraynada nizamlanma, regional məsələlər, xüsusilə Qəzzadakı vəziyyətin müzakirəsi planlaşdırılır", - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri deyib.

Bundan əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin Türkiyəyə səfərinə hazırlıq görülür və Kreml ən yüksək səviyyədə təmasların tarixini vaxtında açıqlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər