Kolumbiyada təcili yardım təyyarəsi qəzaya uğrayıb, 4 nəfər ölüb
Nərmin Qocamanlı
Cənubi Amerika ölkəsi Kolumbiyada təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, təcili yardım təyyarəsi Antiokiya inzibati bölgəsindəki Yarumal qəsəbəsində dağlıq ərazidə qəzaya uğradıqdan sonra alovlanıb.
Bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.
Qəzada 2 pilot, bir tibb bacısı və bir həkim dünyasını dəyişib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma