Menyu

"Taliban" ABŞ vətəndaşlarını həbs edib

"Taliban" ABŞ vətəndaşlarını həbs edib

"Hazırda iki ABŞ vətəndaşı və bir neçə əcnəbi Əfqanıstanın müvəqqəti hökuməti - "Taliban"ın nəzarətindədir".

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bunu radikal "Taliban" hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihullah Mücahid deyib.

Onun sözlərinə görə, əcnəbilər Əfqanıstan qanunlarının pozulması ilə əlaqədar həbs ediliblər. Eyni zamanda o qeyd edib ki, hər bir xarici vətəndaş Əfqanıstan İslam Əmirliyinin qanunlarına (Talibanın istifadə etdiyi dövlətin adı) əməl etməyə borcludur.

"İki amerikalı var və onların səfərinin səbəbləri hələ aydın deyil. Bu səbəblər nə olursa olsun, Əfqanıstana gələn hər kəs yerli qanunlara əməl etməyə borcludur. Əfqan vizasını qəbul edən hər kəs bizim qanunlarımıza əməl etməyə borcludur”, - deyə Mücahid bildirib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər