Menyu

Pentaqon: İran ABŞ və İsraillə müharibədə maraqlı deyil

Pentaqon: İran ABŞ və İsraillə müharibədə maraqlı deyil

Pentaqon əmindir ki, İran Yaxın Şərqdə mövcud hərbi əməliyyatları ABŞ və ya İsraillə müharibəyə çevirmək niyyətində deyil.

"Operativ Media" xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksus Qrinkeviç İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu fonunda Yaxın Şərqdəki vəziyyəti şərh edərkən deyib.

"Mən iranlıların daha geniş regional münaqişədə maraqlı olmadığına dair qiymətləndirməni davam etdirirəm. Onlar böhrandan indiki formada yararlanmaq istəyirlər. Lakin hazırda onlar İsrail və Birləşmiş Ştatlar ilə müharibədə maraqlı deyillər", - Qrinkeviç bildirib.

Qeyd edək ki, CENTCOM-un əməliyyat məsuliyyəti sahəsinə ilk növbədə Yaxın Şərq və Şimali Afrika daxildir.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər