Finlandiya Rusiya ilə sərhəd yaxınlığında NATO qoşunları ilə təlimlər keçirəcək
Nərmin Qocamanlı
20 minə yaxın hərbçi aprelin sonundan iyunun əvvəlinə kimi NATO qüvvələrinin iştirakı ilə Finlandiyada, o cümlədən Rusiya ilə sərhəd yaxınlığında bir sıra təlimlərdə iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin quru qüvvələri məlumat yayıb.
“Aprelin sonu və iyunun əvvəli arasında Finlandiyada quru qoşunlarının təlimləri keçiriləcək. NATO ölkələrindən xeyli sayda hərbçi Finlandiyanı müdafiə etmək üçün təlimlərdə iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma