Menyu

Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub

Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub

Qəzza zolağında atəşkəsin yaradılması üçün Qahirədə keçirilən danışıqların son raundunun iştirakçıları ciddi irəliləyiş əldə ediblər.

"Operativ Media" xəbər verir ki, bu bəyanatla Misirin “Əl-Qahirə əl-İxbariyə” telekanalı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Misir heyəti HƏMAS nümayəndələri ilə bütün lazımi detalları müzakirə edib və təşkilat üzvləri yaxın vaxtlarda Qahirəni tərk edəcəklər. Onların yaxın iki gün ərzində Misirin paytaxtına qayıtması və təklifə yekun cavab verəcəyi gözlənilir. Məsləhətləşmələrin gedişi və nəticələri ilə bağlı başqa təfərrüat hələlik verilməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər