Türkiyədə 15 avtobus yanaraq külə döndü
Türkiyənin Kocaeli şəhərinin Kartəpə rayonunda avtobusların servis dayanacağında yanğın baş verib.
"Operativ Media" Türkiyə mediasına istinadən xəbər verir ki, təxminən bir saat davam edən yanğında 15 avtobus tamamilə yanaraq kül olub.
Məlumata görə, gecə saatlarında naməlum səbəbdən avtobuslardan birində başlayan yanğın sürətlə digər nəqliyyat vasitələrinə sıçrayıb.
Hadisənin səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net