Mişustin yenidən Rusiyanın baş naziri təyin edilib
Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinin hökumətin sədri təyin edilməsi haqqında fərman imzalayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyası Konstitusiyasının 83-cü maddəsinin "a" bəndinə uyğun olaraq, Mixail Vladimiroviç Mişustin Rusiya Federasiyası Hökumətinin sədri təyin edilsin", - deyə məlumatda bildirilir.
Fərman imzalandığı gündən qüvvəyə minir.
Mişustin ikinci dəfədir ki, Rusiya Federasiyasının baş naziri vəzifəsinə təyin edilir. O, bu vəzifəni ilk dəfə 2020-ci ilin yanvarında Dmitri Medvedevin ikinci kabineti istefaya göndərdiyi zaman tutub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net