Avropa Komissiyasının vitse-prezidenti Ermənistana səfər edəcək
Avropa Komissiyasının iqtisadiyyat üzrə icraçı vitse-prezidenti və Aİ-nin ticarət məsələləri üzrə komissarı Valdis Dombroviskis Ermənistana səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Valdis Dombrovskis mayın 15-i və 16-da İrəvanda səfərədə olacaq. İkigünlük səfəri çərçivəsində Aİ rəsmisi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Basso, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Baş nazir Nikol Paşinyan və onun müavinləri Mher Qriqoryan və Tiqran Xaçatryanla görüşlər keçirəcək və AYİB 2024-ün İllik Yığıncağının Rəhbərlər Şurasının açılış sessiyasında iştirak edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net