Menyu

Milli Məclisin sədri Belarusa səfər edib

Nərmin Qocamanlı
Milli Məclisin sədri Belarusa səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 9-da Belarus Respublikasının Minsk şəhərinə rəsmi səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən xəbərə görə, Minsk Milli Hava Limanında Milli Məclisin sədrini Belarus parlamenti Respublika Şurasının sədri Natalya Koçanova, Beynəlxalq münasibətlər və milli təhlükəsizlik daimi komissiyasının sədri Sergey Sivets, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan parlamentinin Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, deputatlar Ağalar Vəliyev, Arzu Nağıyev və digər rəsmi şəxslər daxildirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər