Menyu

Ceyhun Bayramov: Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur

Əsəd Abbaslı
Ceyhun Bayramov: Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur

Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur, üçüncü ölkələr onu buna sürükləyir.

"Operativ Media" xəbər verirki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

“Biz hesab edirik ki, bu yanlış siyasətdir və bölgə üçün əlavə təhdid mənbəyi hesab olunmalıdır. Bütün bu proseslər tərəfimizdən izlənilir, bununla bağlı Azərbaycan və Türkiyə arasında koordinasiya var və mövqeyimiz birdir. Bu qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir. Bu beynəlxalq müstəvidə belə davam edəcək. Hesab edirik ki, ölkələrimizin bu siyasəti bölgəyə sülh, əminamanlıq, sabitlik gətirəcək”, - deyə o vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər