Menyu

Afinada polis və yanğınsöndürənlər arasında qarşıdurmada 14 nəfər yaralanıb

Əziz Əzizli
Afinada polis və yanğınsöndürənlər arasında qarşıdurmada 14 nəfər yaralanıb

Afinada İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası zamanı baş verən qarşıdurmada 12 polis və 2 yanğınsöndürən yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi məlumat yayıb.

Qarşıdurma zamanı polis çevik qüvvəsi gözyaşardıcı qazdan istifadə edib, yanğınsöndürənlər isə asayiş keşikçilərinə müxtəlif əşyalar atıblar.

Yaz-payız yanğın təhlükəsi dövrü üçün mövsümi müqavilə ilə işə götürülən yanğınsöndürənlər oktyabrın 31-də nazirliyin yaxınlığında onlarla müddətli əmək müqaviləsinin bağlanmasına etiraz əlaməti olaraq aksiya keçiriblər.

Axşam saatlarında nazirliyin binasına daxil olan yanğınsöndürənlər binanın simvolik zəbtini həyata keçirib, nəticədə polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edərək müdaxilə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər