Menyu

Sumqayıtda 26 yaşlı gənc dənizdə boğulub

Operativ Media
Sumqayıtda 26 yaşlı gənc dənizdə boğulub
1 dəq oxu

Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində dənizdə batma hadisəsi olub.

Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əlaqəli Xəbərlər