Neymar bu il Braziliya millisinə qoşulmayacaq
Əziz Əzizli
Səudiyyə Ərəbistanının "Əl Hilal" və Braziliya millisinin 32 yaşlı hücumçusu Neymar millinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
"Operativ Media" xəbər verir ki, bu haqda "RMC Sport" məlumat yayıb.
Dizindəki zədə səbəbindən bir illik fasilədən sonra Neymar yenicə sağalıb və bir matçda iştirak edib. Braziliya millisi risk etməmək qərarına gəlib və Neymarı 2025-ci ildə oynamağa dəvət edib. Braziliya mart ayına planlaşdırılan dünya çempionatının seçmə oyunlarında Kolumbiya və Argentina ilə qarşılaşacaq.
Bu ilin son oyunlarında Braziliya Venesuela (14 noyabr) və Uruqvay (20 noyabr) ilə mübarizə aparacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net