Aİ nümayəndə heyəti Ermənistana gəlib
Əziz Əzizli
Avropa İttifaqının nümayəndə heyəti Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlar proqramını hazırlamaq üçün İrəvana səfər edib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib.
“Avropa İttifaqının nümayəndə heyəti müvafiq danışıqlar proqramını hazırlamaq üçün İrəvandadır”, - o bildirib.
P.Hovhannisyan qeyd edib ki, Ermənistan-Avropa İttifaqının yeni tərəfdaşlıq gündəliyi layihəsi üzərində işlər tamamlanmaq üzrədir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net