Türkiyə XİN Zəfər Günü ilə bağlı paylaşım edib
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
"Operativ Media" xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Qardaş Azərbaycanı qədim torpağı - Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik. Azadlıq uğrunda şəhid olanların xatirəsini dərin ehtiramla yad edirik və bu böyük qələbənin iştirakçısı olmuş qazilərimizi minnətdarlıqla xatırlayırıq”, - paylaşımda vurğulanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net