Rusiyanın patriarxı Prezident İlham Əliyevə zəng edib
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, Patriarx Kirill dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanaraq, humanitar sahədə əlaqələrimizin bu işə töhfə verdiyi qeyd olunub.
Patriarx Kirillin Azərbaycana səfərlərinin humanitar əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb.
Telefon söhbəti zamanı ölkələrimizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılması ilə bağlı işlərin uğurla həyata keçirildiyi bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net