Menyu

Bayden neft-qaz yataqlarının işlənməsini məhdudlaşdıra bilər

Əsəd Abbaslı
Bayden neft-qaz yataqlarının işlənməsini məhdudlaşdıra bilər

"Operativ Media" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yeni məhdudiyyətlər artıqa yanvarın 6-da elan edilə bilər. Onların 625 milyon akr (2,5 milyon kv.km) ərazini əhatə edəcəyi ehtimal olunur. Bu, Bayden administrasiyasının qalıq yanacaq istifadəsi və istixana qazları ilə mübarizə üzrə atacağı növbəti addım kimi qiymətləndirilir. 

Nəşr qeyd edir ki, bu tədbir uzunmüddətli ola və ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın ölkədə neft və qaz hasilatını artırmaq işini çətinləşdirə bilər.

Bayden hələ 2020-ci ildə seçki kampaniyası zamanı dövlət torpaqlarında və dəniz şelfində neft və qaz yataqlarının işlənməsi üçün yeni lisenziyaların verilməsini tamamilə dayandırmaq planlarını açıqlamışdı. O, vəzifəyə gəldikdən sonra bu məqsədlə federal torpaqların icarəyə verilməsinə moratorium tətbiq edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər