Menyu

Gürcüstanda etiraz aksiyası keçirilir

Əsəd Abbaslı
Gürcüstanda etiraz aksiyası keçirilir

Gürcüstanın paytaxtı Tbilisi şəhərində parlament binasının yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.

"Operativ Media" xəbər verir ki, Tbilisinin mərkəzində, parlament binasının yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti bağlanıb. Etirazçılar Yeni il bayramları da daxil olmaqla ardıcıl 60-cı dəfə toplaşıblar.

Parlamentdəki etirazçılara Tbilisi Dövlət Universitetinin binasından yürüş edən nümayişçilər də qoşulub.

Eyni zamanda, aksiya Batumidə keçirilir, onun iştirakçıları da təkrar parlament seçkilərinin keçirilməsini və son iki ayda saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər