İranın sabiq prezidentinin ölümü ilə bağlı yayılan məlumatlar yalandır
Əsəd Abbaslı
İranın sabiq prezidentinin ölməsi ilə bağlı yayılanlar həqiqəti əks etdirmir.
Operativ Media xəbər verir ki, bu barədə Mahmud Əhmədinejadın ofisi sosial şəbəkələrdə onunla bağlı yayılan məlumatları təkzib edib.
Yayılan rəsmi açıqlamada bildirilir:
“İran xalqına və doktor Əhmədinejadın tərəfdarlarına bildirmək istəyirik ki, sosial mediada dövr edən iddiaların heç bir əsası yoxdur. Yayılan məlumatlar tamamilə yalandır.”
Bəyanatda qeyd olunur ki, ictimaiyyət yalnız rəsmi və təsdiqlənmiş mənbələrə inanmalıdır.
Qeyd edək ki, bu gün axşam saatlarında İranın keçmiş prezidenti Mahmud Əhmədenejatın qətlə yetirilməsi ilə bağlı məlumat yayılmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net