“AirArabia” təyyarəsi Ankaraya təcil eniş edib
Əsəd Abbaslı
Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan “AirArabia” Hava Yollarına məxsus sərnişin təyyarəsi mühərrik nasazlığı səbəbindən Ankara Esenboğa hava limanına məcburi eniş edib.
Operativ Media “TRT Haber”ə istinadən xəbər verir ki, “AirbusA320-214” tipli sərnişin təyyarəsinin sol mühərriki sıradan çıxıb və uçuş zamanı dayanıb.
Məlumata görə, təyyarə tək mühərriki ilə heç bir problem olmadan uçuş-enmə zolağına enib.
Göyərtəsində 144 sərnişin və ekipaj üzvü olduğu bildirilən təyyarə təhlükəsiz dayanacaq sahəsinə gətirilib.
Sərnişinlər təyyarədən çıxarılaraq terminala aparılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net