Menyu

Kreml: Rusiya sülh memorandumu ilə bağlı müzakirələr aparmır

Kreml: Rusiya sülh memorandumu ilə bağlı müzakirələr aparmır

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva Ukrayna ilə sülhün nizamlanmasına dair hazırladığı memorandum layihəsinin məzmununu açıq şəkildə müzakirə etmir.

Operativ Media xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.

Peskovun sözlərinə görə, sənəd Ukrayna tərəfi ilə rəsmi şəkildə müzakirə olunmayıb və onun ictimaiyyətə açıqlanması danışıqlara zərər verə bilər.

Memorandumda siyasi məhbusların amnistiyası və mülki şəxslərin azad edilməsi kimi humanitar müddəalar olsa da, bu məsələlərin ayrıca müzakirəsi planlaşdırılmır.

Xatırladaq ki, Rusiya-Ukrayna arasında birbaşa danışıqların ilk iki raundu mayın 16-da və iyunun 2-də İstanbulda baş tutub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər