Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə şəhərin Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (kişi) hospitalizasiya olunub.
Bu barədə Operativ Media-ya Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.
Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.
Qeyd edək ki, idarəetmədən çıxan "Mercedes" markalı minik avtomobili divara çırpılıb. Nəticədə 6 yeniyetmə xəsarət alıb.
15:00
Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, "Chevrolet Cruze" markalı minik maşını yolu keçmək istəyən yeniyetmə oğlanları vurub.
Hadisə nəticəsində onlardan biri aldığı xəsarətlərdən xəstəxanada ölüb, digəri isə ağır vəziyyətdə Sumqayıt şəhər Xəstəxanasına çatdırılıb.
Qəza yerinə hüquq-mühafizə orqanları və təcili yardım əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.






