Peskov: ABŞ münasibətlərin normallaşmasına mane olur

Operativ Media
Peskov: ABŞ münasibətlərin normallaşmasına mane olur

"ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar iki ölkə arasında münasibətlərin bərpasını çətinləşdirir".

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov VQTRK jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.

“Bu addımlar dostyana sayıla bilməz və iki ölkə arasında münasibətlərin bərpasına mane olur. Amma bu, o demək deyil ki, biz dialoqdan imtina edəcəyik. Rusiya öz maraqlarına uyğun şəkildə bütün ölkələrlə, o cümlədən ABŞ ilə əlaqələri inkişaf etdirmək niyyətindədir,” – deyə Peskov qeyd edib.

O, həmçinin xəbərdarlıq edib ki, Rusiyanın aktivlərinin müsadirəsinə yönələn cəhdlər cavabsız qalmayacaq:

“Biz bu cür qanunsuz addımların müəllifləri və icraçılarını həm milli, həm də beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edəcəyik.”

Digər xəbərlər