"Slovakiya Avropa İttifaqının Ukraynadakı müharibənin maliyyələşdirilməsinə yönəlmiş planlarında iştirak etməyəcək".
Operativ Media xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso jurnalistlərə açıqlamasında deyib.
“Hökumət başçısı kimi Slovakiyanın Ukraynaya müharibədə və hərbi xərclərdə yardım göstərməyi nəzərdə tutan istənilən maliyyə sxemində iştirakını rədd edirəm. Avropa İttifaqı qarşıdakı illərdə Kiyevə 140 milyard avro maliyyə yardımı ayırmağı planlaşdırır. Bu, Avropa İttifaqının buraxmaq istədiyi ən böyük səhvdir,” – deyə o qeyd edib.
Baş nazir bildirib ki, İttifaq daxilində Ukraynanın maliyyələşdirilməsi ilə bağlı müxtəlif mexanizmlər müzakirə olunur, o cümlədən Kiyevə veriləcək kreditlər. Baş nazir hesab edir ki, Ukrayna bu borcu heç vaxt qaytara bilməyəcək:
"Sentyabrdan etibarən Avropaya axın edən ukraynalı qaçqınların sayı xeyli artıb. Onların əsas hissəsini 18–22 yaşlı gənclər təşkil edir. Bu vəziyyət Ukrayna hökumətinin avqustun sonunda gənclərin ölkəni tərk etməsinə qoyulan qadağanı aradan qaldırmasından sonra yaranıb".






