Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları keçirilir.
Operativ Media xəbər verir ki, son oyun gününün ilk qarşılaşmasında "Qəbələ" "Neftçi"ni qonaq edib.
İlk hissəsi 0-0 hesabı ilə başa çatan matçın ikinci hissəsində "ağ-qaralar" yeni transferi Vensan Abubakarın assist və qolu sayəsində meydandan 2-0 hesabı ilə qalib ayrılıblar.






