Rusiya Donetskə zərbələr endirib

Operativ Media
Rusiya Donetskə zərbələr endirib

Rusiyanın Ukraynanın Donetsk bölgəsinə son 24 saat ərzində hücumları nəticəsində dörd nəfər ölüb, bir nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Milli Polisin mətbuat xidməti teleqram kanalında xəbər yayıb.

Bəyanatda bildirilir: "25 oktyabrda polis cəbhə xətti boyunca və yaşayış məntəqələrində 2 116 hücum qeydə alıb və nəticədə dörd mülki şəxs həlak olub. Rusiyanın hərbi qüvvələri Konstantinovkaya KAB-250 bombaları, dronlar və artilleriya ilə zərbələr endirib, nəticədə üç mülki şəxs həlak olub, daha biri yaralanıb. Severskdə artilleriya mərmisi nəticəsində bir nəfər ölüb, şəxsi evə isə ziyan dəyib".

Qeyd olunub ki, səkkiz yaşayış məntəqəsi: Drujkovka, Konstantinovka, Kramatorsk, Seversk şəhərləri, Kamışevaxa, Malotaranovka, Alekseyevo-Drujkovka qəsəbələri, Spassko-Mixaylovka kəndi atəşə tutulub.

Polisin məlumatına görə, zərbələr nəticəsində 16 yaşayış binası da daxil olmaqla, ümumilikdə 22 mülki obyekt dağılıb.

Digər xəbərlər