Nigeriyada terrorçular tərəfindən qaçırılan 300 şagirddən 50 nəfər xilas olub
Şəfa Hüseynli
Nigeriyanın qərbində yerləşən katolik məktəbindən terrorçular tərəfindən oğurlanan 300 şagirddən 50-si qaça bilib.
Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.
Qeyd edək ki, noyabrın 21-də terrorçular Niger əyalətindəki Müqəddəs Məryəm Katolik Məktəbinə hücum edərək 12-si müəllim olmaqla 303 nəfəri qaçırmışdılar.