Menyu

Hərbi xidmətdən möhlət hüququ alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər

Operativ Media
Hərbi xidmətdən möhlət hüququ alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər

Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Report"a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

Şöbə rəisi qeyd edib ki, hərbi xidmətdən möhlət hüququ olan istənilən şəxs möhlət hüququ sona çatdıqdan sonra qeydiyyatda olduğu şöbəyə yaxınlaşmalı və müvafiq proseduralardan keçməlidir:

"Sağlamlıq durumu, ailə vəziyyəti və digər səbəblərdən hərbi xidmətdən möhləti hüququ olan vətəndaşlar möhlət vaxtı bitdikdə mütləq qaydada qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşmalıdırlar və bunu görə birbaşa özləri məsuliyyət daşıyır".

O bildirib ki, möhlət hüququnun sona çatmaq müddəti həm vətəndaşın hərbi biletində qeyd olunur, həm də bu barədə onun "MyGov" tətbiqində olan şəxsi kabinetinə bildiriş göndərilir:

"Bəzən olur ki, vətəndaş buna riayət etmir və nəticədə onun ölkədən çıxışına məhdudiyyət qoyulur, inzibati qaydada cərimələnir, hətta cinayət təqibinə cəlb oluna bilər. Ona görə də bu halların baş verməməsi üçün qeyd olunan kateqoriyadan olan vətəndaşlara müraciət edərək bildirmək istərdik ki, mütləq qaydada hərbi biletlərində olan qeydlərə diqqət yetirsinlər və ya "MyGov" tətbiqini yükləyərək bildirişlər vasitəsilə məlumatlar alıb, vaxtında qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşsınlar",- deyə şöbə rəisi qeyd edib.

Əlaqəli Xəbərlər