Menyu

Əlilliyə görə sosial müavinət nə vaxt dayandırıla bilər?

Ayşən Sadıxzadə
Əlilliyə görə sosial müavinət nə vaxt dayandırıla bilər?

Əlilliyə görə sosial müavinət alan vətəndaşların əmək fəaliyyətinə başlaması aylıq müavinətin dayandırılması üçün əsas sayılmır.

Mövzu ilə bağlı Operativ Media-ya açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, mövcud qanunvericilik əlilliyi olan şəxslərin işləməsini qadağan etmir və onların əmək fəaliyyətinə başlaması sosial müavinətin kəsilməsinə səbəb olmur.

Vəkilin sözlərinə görə, “Sosial müavinətlər haqqında” Qanuna əsasən, əlilliyə görə sosial müavinət əlillik müddəti üçün təyin edilir və yalnız aşağıdakı hallarda dayandırıla bilər:

- şəxs əmək pensiyası hüququ qazandıqda;

- müavinəti alan şəxs vəfat etdikdə;

- əlillik etibarsız hesab edildikdə;

- əlillik müddəti başa çatdıqda.

Turan Abdullazadə vurğulayıb ki, şəxsin əmək fəaliyyətinə başlaması qanunvericilikdə sosial müavinətin dayandırılması üçün nəzərdə tutulmuş əsaslar sırasında yer almır. Bu səbəbdən, əlilliyi olan şəxs işlədiyi halda da əlilliyə görə sosial müavinətini almaqda davam edir.


Əlaqəli Xəbərlər