Ana səhifə / İqtisadiyyat / Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 5 faiz artıb Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 5 faiz artıb 21.01.2026, 10:39 Operativ Media Ötən il Azərbaycandan 25 milyard 187,2 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 2,27 faiz azdır. Dövlət Gömrük Komitəsindən Operativ Media-ya bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 4,9 faiz artaraq 8 milyard 821,2 milyon dollar olub. Xatırladaq ki, 2024-cü ildə isə Azərbaycandan 8 milyard 406,7 milyon dollar dəyərində yəni, 25 milyard 772,2 milyon kubmetr təbii qaz ixrac edilib.
21.01.2026, 12:34 Millinin üzvü: “Əsas istəyimiz müdafiədə diqqətli olmaq və sürətli hücuma çıxmaqdır”