Menyu

Qırğızıstanda növbədənkənar parlament seçkilərində 4,2 milyondan çox vətəndaş səs verəcək

Şəfa Hüseynli
Qırğızıstanda növbədənkənar parlament seçkilərində 4,2 milyondan çox vətəndaş səs verəcək

Qırğızıstanın Mərkəzi Seçki və Referendum Komissiyası Joqorku növbədənkənar parlament seçkilərində iştirak edəcək vətəndaşların yekun siyahısını hazırlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Kabar News" agentliyi məlumat yayıb.

Bildirilib ki, 4 milyon 294 min 243 seçici nəzarət siyahısına daxil edilib.

Onlardan 2 milyon 81 min 514 nəfəri kişi, 2 milyon 212 min 729 nəfəri qadındır.

Seçicilərin yekun siyahısı noyabrın 25-dək 2492 seçki məntəqəsində yerləşdiriləcək.

Xatırladaq ki, Qırğızıstanda Joqorku Keneş üçün növbədənkənar seçkilər noyabrın 30-da keçiriləcək.

Əlaqəli Xəbərlər