Sabah paytaxtın Xəzər rayonu və Sumqayıt şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Operativ Mediaxəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, sabah saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin və Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.