Özbəkistan Trampın dəvəti ilə Qəzza Sülh Şurasına qoşulmağa hazırdır
Xəbərlər redaksiyası
Özbəkistan ABŞ prezidenti Donald Trampın dəvəti ilə Qəzza zolağını idarə etmək üçün təsisçi üzv kimi "Sülh Şurasına" qoşulmağa hazırdır.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Prezident Şavkat Mirziyoyev bunu amerikalı həmkarına cavab məktubunda bildirib.
"Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampdan Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və münaqişələrin həlli üzrə beynəlxalq təşəbbüsə qoşulmaq üçün rəsmi dəvət alıb. <...> Dövlətimizin başçısı amerikalı həmkarına Özbəkistanın Sülh Şurasına təsisçi üzv kimi qoşulmağa hazır olduğunu bildirən cavab məktubu göndərib". - Mirziyoyevin mətbuat katibi Şerzod Əsədov özünün Telegram kanalında yazıb