Menyu

Suraxanı rayonunda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Operativ Media
Suraxanı rayonunda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Yeni Günəşli qəsəbəsi ərazisində keçirilən tədbir zamanı 32 yaşlı İvan Kislyakov saxlanılıb. Ondan 5 büküm ümumi çəkisi 9 kiloqram 450 qram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində satışını təşkil etmək məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər